Zülmət bir gecədə, qaranlıq evdə
Yalnızam, sənsizəm, tənhayam gülüm!
Keçsədə saatlar, ötsədə günlər
Tanımır yaxamı hələ də ölüm.
Dərmandır dərdimə içkilər, meylər
Ağlayır yaş tökür hirsinden göylər.
Bu qelbim bəs sənsiz tək tənha neylər
Dözərmi bu dərdə, dözərmi gülüm!
Bilirmi bunları sənin dostların
Adını vərəqə yazır yaşlarım.
Çatılır qaşlarım, əyilir başım
Nəmlənir yastığım, nəmlənir gülüm.
Sevmək məncə günah, sevməmək mübah
Heç kimsə etməsin mən tək bir günah.
Əgər açılmazsa mənə bir səhər sabah
Ağlama yas tutma sən mənə gülüm!
İMZA ADİL