Пятница, 19.04.2024, 19:34
Altun
Приветствую Вас Гость | RSS

Меню сайта
Мини-чат
Главная » 2008 » Март » 3 » Sənsizəm
Sənsizəm
15:57
 Bu gün yenə də sənsizəm, yenə də çarəsiz. Sənsiz xəyalımda sənli günlərimi xatırlayıram. Yəni gəncliyimin ən gözəl günlərini. O, zaman mən bütün arzularımı sənin varlığınla qurmuşam. Hər dəqiqəmi, hər saniyəmi sənin xəyallarınla yaşamışam. Aradan bu qədər vaxt keçməsinə baxmayaraq sənsizliyə alışa, bununla barışa bilmirəm. Səni azda olsa unutmağı bacarmıram. Halbuki bunu çox istəyirəm. Sən mənim həyatımın mənası olmusan. Zaman keçdikcə buna daha da əmin oluram. Sən bəzən dodağımda bir təbəssüm, bəzən ürəyimdə bir atəş, bəzən də gözlərimdən axan yaş olmusan. Amma sən həmişə kiçik qəlbimdə böyük yer tutmusan. Səni bu gün də bu dəqiqədə görsəm heç çəkinmədən bunları deyərdim, qarşılıqlı olmasa belə. Məni sevəsən deyə deyil, sadəcə biləsən deyə. Səni qəlbimdən tamamilə silmək istəyirəm, amma ürəyim məndən daha vəfalıdır sənə. Məhz sənin sayəndə sevməyin nə olduğunu bildim. Sevginin şirinliyini daddım sonu ayrılıq olsada. Sənə nifrət də edə bilmirəm axı mənə qarşı özünə nifrət etdirəcək qədər mənfi hərəkət etməmisən. Bəlkə də elə bunun üçün səni çox sevmişəm, mənim olmasan da. Yox! Sən mənimsən, amma qəlbimdə. Ancaq sən demə önəmli olan sevgi uğrunda ölmək deyil, uğrunda ölə biləcək sevgiliyə sahib olmaqdır. Önəmli olan həyatda ən çox şeyə sahib olmaq deyil, ən az şeyə ehtiyac duymaqdır.
İmza:  Sənsizliyə alışa bilməyən KENAN
Просмотров: 1097 | Добавил: altun | Рейтинг: 4.5/2 |
Всего комментариев: 2
2 aysel  
0
kenan men isdiyiram ki menim heyatima aid yazasan,biraz yazacam ozumdan.....men nisaanliyam,men oz isdadiyima gozal sozler yaziram,o ise mene qruba cavab qaytarir,biz birmizi isdiyirik ama hemisa xetrima deyir postayyno nese ela bir gozel soz ki men ona yazanda qoy utansin yera girsin,,,,

1 aysel  
0
kenan salam cox gozel sozlerdi,xowuma geldi.........

Имя *:
Email *:
Код *:

Форма входа
Календарь
«  Март 2008  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Поиск
Друзья сайта
Статистика

HAMI INTERNETDEDIR 1
QONAQ 1
NIK 0
Copyright MyCorp © 2024
Хостинг от uCoz