Суббота, 20.04.2024, 08:47
Altun
Приветствую Вас Гость | RSS

Меню сайта
Мини-чат
Главная » 2008 » Март » 03
 Bu gün yenə də sənsizəm, yenə də çarəsiz. Sənsiz xəyalımda sənli günlərimi xatırlayıram. Yəni gəncliyimin ən gözəl günlərini. O, zaman mən bütün arzularımı sənin varlığınla qurmuşam. Hər dəqiqəmi, hər saniyəmi sənin xəyallarınla yaşamışam. Aradan bu qədər vaxt keçməsinə baxmayaraq sənsizliyə alışa, bununla barışa bilmirəm. Səni azda olsa unutmağı bacarmıram. Halbuki bunu çox istəyirəm. Sən mənim həyatımın mənası olmusan. Zaman keçdikcə buna daha da əmin oluram. Sən bəzən dodağımda bir təbəssüm, bəzən ürəyimdə bir atəş, bəzən də gözlərimdən axan yaş olmusan. Amma sən həmişə kiçik qəlbimdə böyük yer tutmusan. Səni bu gün də bu dəqiqədə görsəm heç çəkinmədən bunları deyərdim, qarşılıqlı olmasa belə. Məni sevəsən deyə deyil, sadəcə biləsən deyə. Səni qəlbimdən tamamilə silmək istəyirəm, amma ürəyim məndən daha vəfalıdır sənə. Məhz sənin sayəndə sevməyin nə olduğunu bildim. Sevginin şirinliyini daddım sonu ayrılıq olsada. Sənə nifrət də edə bilmirəm axı mənə qarşı özünə nifrət et ... Читать дальше »
Просмотров: 1097 | Добавил: altun | Дата: 03.03.2008 | Комментарии (2)

1. Sənə bu mesajı deyil ürəyimi yollamaq istərdim, telefonu deyil əlimi tutmanı istərdim, mesaja deyil gözlərimə baxıb səni sevirəm deməni istərdim.

2. Bu mesajı oxudunsa mənə heyransan. Vecinə deyilsə məni sevirsən. Cavab versən mənsiz yaşaya bilmirsən. Cavab verməsən mənə vurğunsan. Görək indi nə edəcəksən?

3. Dünyada bir çox insan var. Bəzisi duyğulu bəzisi duyğusuz, bəzisi qorxulu bəzisi qorxusuz. Bəzisi ağlayıb bəzisi gülür amma gözəlliklərə və xoşbəxtliyə layiq olan bir insan var o da indi mesajımı oxuyur.

4. I love your eyes cünki onlar very nice, bir anlıq look at me ondan sonra dont forget me, qəlbim tic tac for you because i love you!

5. Eşqim yatağın, sevgim yorğanın, ürəyim yastığın olsun şirin yuxular bird ... Читать дальше »

Просмотров: 1851 | Добавил: altun | Дата: 03.03.2008 | Комментарии (3)

Sevgililər günündə sənsiz.. Kədərlə birgə
Bu gün məhəbbətimizin il dönümünü qeyd edirəm. Ancaq bu dəfə keçənlərdəkindən fərqli olaraq həmdəmim sən deyilsən. Bu gecə mənə həmdəm stolun üzərində can verən şərab butulkası və birdə cana doymuş bakal var... Bu gün sənsizliyin acısını kədərini bir daha anlayıram və özümə şərabdan başqa həmdəm tapa bilmirəm... Nə qədər olmasa da şərab SƏNDƏN vəfalı çıxdı... Mənim bu günlərimdə məni atmadı. Sən isə sevgimizin bahar çağında qışı yenidən gətirdin mənim üçün. Nə edək taleyimiz belə imiş. Bizə isə bu qismətlə barışmaq qalır. Bu gecə sənlə yaşadıqlarımız kino kimi gözümün qabağından keçir. Sənli xatirələr didib dağıdır məni. Parçalanır ürəyim ancaq içimdən hansısa bir hiss məni bu sənsiz həyata bağlayır. Bilirsən hansı hiss? Sənə olan sevgimi ömrümün axırınadək sənə sübut etmək hissi. Gizli-gizli görüşlərimizin bilirsən necə həsrətindəyəm. Həm də ilk görüş yerimiz. Orada görüşürdük səninlə bölüşürd ... Читать дальше »
Просмотров: 968 | Добавил: altun | Дата: 03.03.2008 | Комментарии (1)


Форма входа
Календарь
«  Март 2008  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Поиск
Друзья сайта
Статистика

HAMI INTERNETDEDIR 1
QONAQ 1
NIK 0
Copyright MyCorp © 2024
Хостинг от uCoz